Ukrayanda ölən dinc sakinlərin sayı açıqlandı

Df839716165883999368625564310072442.jpg

Fevralın 24-dən iyulun 24-dək Ukraynada 5 237 dinc sakin həlak olub. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb.

Ölənlərin 2 019-u kişi, 1 379-u qadın, 143-ü qız və 164-ü oğlandır. Həmçinin 41 uşaq və 1 491 böyük ölüb, onların cinsi haqqında hələlik məlumat yoxdur.

Bundan başqa 1 384-ü kişi, 1 017-si qadın, 150-si qız, 215-i oğlan olmaqla, 7035 nəfər xəsarət alıb. Daha 195 yeniyetmənin və 4 074 yetkinin cinsiyyəti hələlik məlum deyil.

BMT-nin məlumatına görə, ən çox dinc sakin Donetsk və Luqanskda ölüb. Kiyevin nəzarətində olan ərazidə 2 848 nəfər hərbi əməliyyatların qurbanı olub, 2 820 nəfər yaralanıb.