Ukrayna Baş Qərargahı Donbas istiqamətində Rusiyanın itkilərini açıqladı

F621585d164743159244677430810272086.jpg

Təkcə Donetsk və Luqansk vilayətləri ərazisində son sutkada Rusiya qüvvələrinin yeddi hücumu dəf edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının gündəlik operativ məlumatında qeyd olunub.

“On üç tank, üç artilleriya sistemi, on yeddi zirehli texnika, dörd zirehli döyüş maşını və on səkkiz avtomobil və dörd yanacaqdaşıyan məhv edilib. Hava hücumundan müdafiə bölmələri sözügedən ərazidə “Orlan-10” tipli üç pilotsuz uçuş aparatını vurub”, – məlumatda vurğulanıb.