Ukrayna MDB ölkələri arasında təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında sazişdən çıxıb.
Bu barədə Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.
“Ukrayna 2001-ci il sentyabrın 28-də Moskvada bağlanmış təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında sazişdən çıxdı”, – o, Teleqram kanalında yazıb. Müqavilə MDB-yə üzv olan bütün ölkələr tərəfindən imzalanıb.
Bundan əlavə, hökumət fövqəladə hallar zamanı üçüncü ölkələrdən vətəndaşlarının təxliyəsi zamanı MDB-yə üzv ölkələrin qarşılıqlı fəaliyyəti haqqında sazişdən çıxmaq haqqında qanun layihəsini təsdiqləyib. Melniçuk xatırladıb ki, bu saziş 1996-cı il aprelin 12-də Moskvada imzalanıb və 1998-ci il noyabrın 5-də Ukrayna hökuməti tərəfindən ratifikasiya olunub.

