Ukrayna hərbçiləri Britaniyada tank təlimlərini başa vurdu

1679896398 150a173c 9a55 4c03 b7e3 53d173de22f9.jpg

Ukrayna tankçıları Böyük Britaniyada “Challenger 2” tanklarının idarə olunması üzrə təlimləri başa vurublar.

Bu barədə “Unian” məlumat yayıb.

“Ukraynalı əsgərlər daha yaxşı təchiz olunmuş vəziyyətdə heç də az təhlükəli olmayan vətənlərinə qayıdırlar. Biz Ukraynaya lazımi müddətdə dəstək olmaq üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik. Onların qətiyyəti bizi ruhlandırır”, – Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

Təlim missiyası üzrə məsul polkovnik-leytenant Con Stoun ukraynalı müdafiəçilərin hazırlanmasını Britaniya üçün böyük şərəf adlandırıb.