Ukrayna hərbçiləri İran istehsalı olan 9 PUA-nı vurub

973a5f0c166292792345956487811112238.jpg

Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə İran istehsalı olan “Şahid” adlı 9 kamikadze PUA-nı vurub.

Məlumatı Ukraynanın Hərbi Hava Qüvvələri yayıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri oktyabrın 5-də də İran istehsalı olan daha 6 PUA-nı məhv ediblər.