Ukrayna ordusu İlan adasına zərbə endirib

5763abe8165583795219885214310578211.jpg

Ukrayna ordusu Qara dənizdəki İlan adasına aviazərbələr endirib.

Avtor.az CNN-ə istinadla xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Cənub Əməliyyat Komandanlığı yayıb. Bildirilib ki, adadakı hədəflərə müxtəlif silahlardan dağıdıcı zərbələr endirilib.

Komandanlıq hərbi əməliyyatın davam etdirildiyini, bu səbəbdən əməliyyat bitənədək “informasiya sükutu” tələb olunduğunu vurğulayıb.

Məlumatda qeyd olunub ki, adadakı Rusiya qarnizonu aviazərbələr nəticəsində ciddi itkilər verib.