Ukrayna ordusu Rusiyanın S-300 batareyasını məhv edib

445e24b5164898310594698375410076420.jpg

Ukrayna Silahlı Qüvvələrinin raket və artilleriya bölmələri Xerson vilayətinin Zelenotropinske kəndi yaxınlığında Rusiyanın S-300 hava hücumundan müdafiə sistemlərinin batareyasını məhv edib.

Bu barədə Ukraynanın Cənub Əməliyyat Komandanlığı feysbuk səhifəsində yazıb.

“Atış missiyalarını yerinə yetirərkən raket və artilleriya bölmələrimiz Zelenotropinsk yaxınlığında S-300 hava hücumundan müdafiə sistemlərinin batareyasını məhv edib”, – yazıda deyilir.