Ukrayna üçün 45 milyon dollar topladılar

1548086441 9221108.jpg

Hollivud ulduzları Mila Kunis və həyat yoldaşı Eşton Katçerin Ukraynaya yardımları davam edir.

Ötən ayın sonlarında ianə kampaniyasına start verən cütlük artıq Ukraynaya üçün 45 milyon dollar toplayıb. Onların səyləri nəticəsində bir neçə milyonçu, logistika şirkəti və “Airbnb” mənzil kirayəsi şirkəti də xeyriyyə aksiyasına qoşulub.

Kampaniya başlayarkən 3 milyon dollar pul bağışlayan məşhurlar Ukrayna ordusuna 20 min zirehli geyim də göndərib.

Qeyd edək ki, Mila Kunis Ukraynada anadan olub.