Ukraynada əsirlərin mübadiləsi olub

63c6598e164783943626452647211117961.jpg

Bu gün Ukraynada dördüncü əsir mübadiləsi baş tutub.

Bu barədə müvəqqəti işğal olunmuş ərazilər üzrə nazir İrina Vereşçuk Teleqram kanalında məlumat verib. O bildirib ki, 30 ukraynalı dəyişdirilib. Onların arasında həm hərbçilər, həm də mülki şəxslər var.

“Prezident Zelenskinin əmri ilə bu gün daha bir əsirlərin mübadiləsi prosesi baş tutdu. 5 zabit və 17 hərbi qulluqçu dəyişdirildi. 1-i qadın olmaqla 8 mülki şəxs də azad edildi”, – deyə Vereşçuk yazıb.