Ukraynada həlak olan uşaqların sayı açıqlanıb

8d55a249164905534250165163010131831.jpg

Rusiyanın Ukraynaya hücumu nəticəsində 161 uşaq həlak olub, 264 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Ukrayna Baş Prokurorluğunun xəbərində bildirilib.

Qeyd edilib ki, öldürülən uşaqların əksəriyyəti Kiyev vilayətində, Xarkovda, Donetskdə, Çerniqovda, Nikolayevdə, Kiyev şəhərində, Jitomirdə, Xersonda və Sumıda olub.

Müharibə nəticəsində 869 təhsil müəssisəsi zədələnib, onlardan 83-ü tamamilə dağıdılıb.