Ukraynada məktəb yaxınlığında atışma baş verib

C3614206166482387291591254610514852.jpg

Ukraynanın Çernivts şəhərində naməlum şəxs məktəb yaxınlığında atəş açıb.

Avtor.az REN TV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 22 yaşlı polis əməkdaşı öldürülüb.

Hazırda Vorobkeviç küçəsində nəqliyyatın hərəkəti dayandırılıb.

İlkin versiyaya görə, hücum edən şəxs avtomatdan atəş açıb. O, hadisəni törədəndən sonra ərazidən qaçıb.

Onun məktəb binasında gizləndiyi ehtimal edilir.