Ukrayna Təhlükəsizlik Xidməti (UTX)Çerniqov vilayətində cinayətkar dəstəni ifşa edib.
Bu barədə UTX-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, dəstə rusların növbəti hücumları zamanı onlara kömək etməyə hazırlaşırmış. Qrup Rusiya xüsusi xidmət orqanlarının təxribat fəaliyyəti ilə məşğul olan kriminal dairələrin üç nümayəndəsindən ibarət olub.
Cinayətkar dəstədə Rusiya xüsusi təyinatlılarının silah və texnikası aşkar edilib.
Qeyd edilir ki, onlar silah və sursatları öz təsərrüfatlarının ərazisində və Çerniqov yaxınlığındakı qarajlarda saxlayıblar.

