Ukraynadakı müharibəyə görə atasını dəfn edə bilmir

MyCollages 2022 03 10T142145.7411.jpg

Rusiyanın Xalq artisti Yelena Yakovleva Ukraynada davam edən müharibə səbəbindən atasını dəfn edə bilmir.

Aktrisa Xarkovda yaşayan atasının vəfatı barədə instaqramda bildirib, lakin doğmasının ölüm səbəbini açıqlamayıb.

“Atamı dəfn etməyə imkan verin. Humanitar dəhlizləri açın! Heç olmasa uşaqlar və onların anaları üçün açın. Bütün bunların uşaqlı analar üçün necə çətin olduğunu başa düşürəm”, – Yakovleva instaqramda yazıb.

Qeyd edək ki, Y. Yakovleva 1961-ci il martın 5-də Ukrayna SSR-in Jitomir vilayətinin Novoqrad-Volınsk şəhərində anadan olub, Xarkovda böyüyüb. Aktrisanın atası hərbçi olub.