Ukraynadan taxıl ixracı ilə bağlı hələlik razılaşma yoxdur

Rusiya taxil ve seker ixracini dayandirdi Muttefiqlerine de 780x470.jpg

“BMT Ukraynadan taxıl ixracı məsələsini aktiv şəkildə müzakirə etməyə davam edir, lakin hələlik razılaşmadan söhbət getmir”.

Bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik mətbuat konfransında bildirib.

“İntensiv müzakirələr gedir. Hər səhər BMT-nin baş katibinə məlumat verilir. Amma hazırda konkret açıqlamalarımız yoxdur”, – Düjarrik əlavə edib.