Ulu Öndərin xatirəsinə həsr olunmuş Alpaqut turniri keçiriləcək

494594110 18494338027059896 837413884833019130 n.jpg

Alpaqut üzrə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir 3 May 2025-ci il tarixində Şağan Olimpiya İdman Kompleksində keçiriləcək.

Federasiyadan verilən məlumata görə, bu əlamətdar tədbir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Milli İdman Növləri Assosiasiyası və Dünya Alpaqut Federasiyası Azərbaycan Nümayəndəliyi tərəfindən təşkil edilir. Yarış, gənclər arasında alpaqut idmanına olan marağı artırmaq və bu gözəl ənənəni yaşatmaq məqsədini güdür.

Turnir zamanı iştirakçılar öz bacarıqlarını nümayiş etdirəcək, dostluq və idman ruhunu paylaşacaqlar.

Gəlin, bu unudulmaz günə şahidlik edək, Heydər Əliyevin irsini yad edək və alpaqut idmanının gözəlliklərini birgə yaşayaq!