Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukraynada milyonlarla insanın həyatının risk altında olduğu barədə xəbərdarlıq edib.
Müharibə nəticəsində Ukraynada enerji infrastrukturunun zədələndiyini və tamamilə dağıldığı bildirilib.
Belə ki, bu vəziyyətin qarşıdan gələn qış aylarında Ukrayna xalqının həyatını təhlükə altına alacağı ilə bağlı xəbərdarlıq edilib.
ÜST-nın Avropa üzrə regional direktoru Hans Kluge Ukrayna vətəndaşları üçün narahatlıq keçirdiyini deyib:
“Bu qış Ukraynada milyonlarla insanın həyatı üçün təhlükə yaranıb. Ukraynanın səhiyyə sistemi özünün ən qaranlıq günlərini yaşayır. Hücumlar səbəbindən yüzlərlə xəstəxana və səhiyyə müəssisəsi artıq tam fəaliyyət göstərmir. Obyektlərdə əsas ehtiyacları ödəmək üçün yanacaq, su və elektrik yoxdur. Bu böhranın qarşısını almaq üçün ən yaxşı həll yolu münaqişəyə son qoymaqdır”.

