ÜST Ukraynadakı vəziyyətlə bağlı xüsusi iclas keçirəcək

2ecd2bd9165216827219404624710345324.jpg

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsi Ukraynadakı vəziyyətlə bağlı xüsusi iclas keçirəcək.

Avtor.az ÜST-ün saytına istinadən xəbər verir ki, bu xüsusi sessiya təşkilata üzv 43 ölkənin tələbi ilə çağrılıb.

Mayın 10-11-də keçiriləcək xüsusi sessiyada Ukraynada səhiyyənin vəziyyəti, davam edən müharibənin nəticələrinin regionda və qlobal səviyyədə sağlamlıq və səhiyyə məsələlərinə təsiri müzakirə olunacaq.