ÜST yeni koronavirus dalğasını elan edib

35c357ca a7c8 3456 8f77 942929a1a4be 850.jpg

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni dalğasını elan edib.

Avtor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün saytında bildirilir.

ÜST-ün Avropa Bürosunun rəhbəri Hans Klüge koronavirusun “Omikron” ştamının subvariantlarının yayıldığı barədə məlumat verib.

“Ötən ilin yayı ilə analoji vəziyyətdəyik. COVID-19 dalğası “Omikron” ştamının subvariantları, xüsusilə də BA.2 və BA.5-dən qaynaqlanır”, – məlumatda qeyd edilir.

Klüge, həmçinin əlavə edib ki, son altı həftə ərzində Avropada yeni yoluxmaların sayı üç dəfə artıb. ÜST rəsmisi Avropa ölkələrini vaksinasiya və tibbi maska ​​taxılması ilə bağlı təcili tədbirlər görməyə çağırıb.