Valideyn himayəsindən məhrum uşaqlara 1 iyun surprizi

2612158f db9d 418a 9324 953a8703e8ee.jpg

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Təhsil Nazirliyinin dəstəyi, “Millenium” dondurmalarının və “Voice” reklam şirkətinin təşkilatçılığı ilə nazirliyin tabeliyindəki internat məktəblərində yaşayan 240 uşaq üçün kinoteatrda əyləncəli proqram təşkil edilib.

Tədbirə qatılan uşaqlar maraqlı vaxt keçirərək kino izləyiblər.

Tədbirdə həmçinin Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələrin həyata keçirildiyi də xüsusi vurğulanıb.

Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli Sərəncam imzalayıb. Sərəncama əsasən, 2009-cu il “Uşaq ili” elan olunub.