“Vaqnerçi”lər Rusiya ərazisində daha bir helikopteri vurublar.
Bunu “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib.
“Moskva şossesində hücum dəstələrindən birinə helikopterdən atəş açılıb. “Vaqner” PMC-nin bölmələrində hamı salamatdır, helikopter vurulub, meşə zolağında yanır. Hədəflərimiz var, hamımız, 25 min nəfər ölməyə hazırdır”, – E.Priqojin bildirib.
Onun sözlərinə görə, “Vaqnerçi”lər təhdid kimi qəbul etdiyi hər şeyi məhv edəcəklər.
“Federal Təhlükəsizlik Xidmətinə məxsus bir pilot havaya qalxmaqdan və zərbə endirməkdən imtina edib”.

