Vəfat edən məmurun yerinə təyinat oldu

1678704510 1087164.jpg

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə yeni kadr təyinatı olub.

Bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı əmr imzalayıb.

İcra başçısının əmrinə əsasən, Sumqayıt İH başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə Fərid Ələkbərov təyin edilib.

Qeyd edək ki, daha əvvəl bu vəzifədə çalışan Sahib Quliyev 2020-ci ildə vəfat edib. Onun vəfatından sonra həmin şöbəyə təyinat olmayıb.