Vətən müharibəsi iştirakçısına vəzifə verildi

Acf370fd 83ff 4b92 a2e0 8011c0453104.jpg

Göygöldə Vətən müharibəsi iştirakçısına vəzifə verilib. Belə ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin sərəncamı ilə Vətən müharibəsi iştirakçısı Yusif Hacıyev başçının köməkçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Hacıyev Yusif Faiq oğlu Bakı Dövlət Universitetini bitirib. 2020-ci il sentyabr ayından Azərbacan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.