Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb

98c72428165581900458531660210345332.jpg

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və təşkilatın əməkdaşı, 44 günlük müharibədə Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, Biləsuvar şəhərindən olan şəhid Əlizadə Tahir Qəribəli oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər.

Ailənin qayğıları ilə maraqlanılıb, dərin hüzünlə başsağlığı verilib. Görüşdə şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan bəhs edilib. Daha sonra şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Əlizadə Tahir Qəribəli oğlu ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət etsin!