Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub

16723168534312142117 1000x669.jpeg

Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrinə baş çəkiblər.

Rayon icra hakimiyyətindən bildiriblər ki, Nəsimi RİH başçısı və nümayəndələri 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinə yaradılan Zəfər bağını ziyarət ediblər.

Eyni zamanda, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə rayon ərazisində yaşayan şəhid ailələri rayon icra hakimiyyətinin məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara maddi yardım və bayram sovqatları çatdırılıb.

Ziyarət zamanı şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.