Vətəndaşların hesabda aldadılma ilə bağlı şikayətləri artıb

16723154981277460333 1200x630.jpg

Son dövrlər ticarət obyektlərində vətəndaşların hesabda aldadılması halları ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan şikayətlərin sayında artım müşahidə olunur.

Dövlət Xidmətindən bildirilib ki, cari ildə quruma hesabda aldadılma halı ilə bağlı ümumilikdə 67 müraciət daxil olub. Bu, ötən illə müqayisədə 36,7 faiz çoxdur. Daxil olmuş şikayətlər əsasında 10 sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.