Vəzifəli şəxs həbs edildi – Yarım milyonluq yeyinti

1792734502 epmfz3nikkpt5nk6gsvdnsbbaclyf74vq0bybdsq 1200 6adaf6fc0e04b

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla “Azəridmanservis” MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Orucov və mühasib Vidadi Şirinovun qanunazidd hərəkətləri müəyyən edilib.

Hər iki şəxs mənimsəmə və vəzifə cinayətlərində təqsirli bilinir. İş üzrə ziyanın yarım milyon manatdan çox olduğu qeyd edilir.

R. Orucov və V. Şirinovun barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. (Report)