Vəzifəli şəxs rüşvət alarkən SAXLANILDI

1664957476 15933a3e 1819 413f add5 5cb718c4916c.jpg

Rusiyada Krasnoyarsk diyarının polis rəisinin müavini, polkovnik-leytenant Mixail Privalixin 1,5 milyon rubl rüşvət alarkən FSB əməkdaşları tərəfindən saxlanılıb.

Avtor.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, Mixail Privalixinin evinə axtarış aparılıb. Onun həyat yoldaşı da dindirilmək üçün şöbəyə aparılıb.

Bununla yanaşı, Privalixin 2017-ci ildə mütəşəkkil cinayətkar qrup yaratmaqda şübhəli bilinirdi.