Vilayət Eyvazovdan yeni TƏYİNAT

1666162444 1663423351 1629959320 vilayat.jpg

Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) rəis müavini təyin edilib.

Avtor.az “Report”-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Farid Vəliyev şöbənin Əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, F.Vəliyev bu təyinatadək Şirvan ŞPŞ-nin Cinayət-axtarış bölməsinin rəisi vəzifəsində çalışıb.