Viruslar nəyi sevir? – Çıxış yolu çox sadədir

Xestelikvirus

Əhali arasında son günlər mövsümi qripi xatırladan virus infeksiyası yayılmaqdadır. Xəstəlik əsasən qəfil başlayan yüksək hərarət, boğaz ağrısı, ümumi halsızlıq, burun axması və tutulması ilə müşayiət olunur. Bir çox hallarda baş və əzələ ağrıları, iştahasızlıq və yorğunluq da müşahidə edilir.

Bundan əlavə, bayram günlərində də təcili yardım xidmətinə rekord sayda zəng daxil olub. Məlumata görə, 31 dekabr 2025-ci il tarixindən 4 yanvar 2026-cı il tarixinədək xidmətə respublika üzrə 27.779 zəng daxil olub.

Ölkə.az xəbər verir ki, diyetoloq Fərid Səfərovun sözlərinə görə, viruslar ən çox immun sistemini zəiflədən şəraitləri “sevir”:

“Orqanizm susuz qaldıqda, D vitamini və dəmir səviyyəsi aşağı olduqda müdafiə mexanizmləri zəifləyir və viruslar üçün əlverişli mühit yaranır. İdarə edilə bilməyən stress, 7–8 saatdan az yuxu, maqnezium və sink çatışmazlığı da bədənin müqavimətini azaldan əsas amillərdəndir. Bununla yanaşı, fiziki aktivliyin olmaması, meyvə və tərəvəzin az qəbulu immun sisteminin gücünü daha da aşağı salır.

Çıxış yolu isə çox sadədir. Qeyd etdiklərimizin əksini etməklə viruslardan qorunmaq olar”.