Məşhur müğənni Vitasın (Vitaliy Qraçev) 150 min rubl borcu var.
Axşam.az xəbər verir ki, bu barədə “Zvezdach” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, 2022-ci ildə sənətçi mənzil-kommunal xidmətlərinə təxminən 98 min rubl məbləğində borcunu ödəməyib. Həmçinin, 2023-cü ildə Vitasın kommunal ödənişlərə, habelə cərimələrə görə borcları daha 48 min rubl təşkil edib.
Bəzi media orqanları onun 2020-2021-ci illərə dair borclarının olduğunu da vurğulayıblar.

