“Viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar başlayır”

Pasinyan.jpg

Ermənistan və Avropa İttifaqı (Aİ) viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlayacaq.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Mən şadam ki, münasibətlərimizdə nəzərəçarpacaq dəyişikliklər var. Viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar başlayır”, – deyə Ermənistan Nazirlər Kabinetinin rəhbəri bildirib.

Paşinyan vurğulayıb ki, Avropa Sülh Fondu Ermənistanı dəstəkləmək barədə qərar qəbul edib.