“X” sosial şəbəkəsinin fəaliyyətində problemlər yaranıb

8y002a1aqhd8lan2jmz0jkvf2tqwn3xcxpyh6nro 1200.webp

“X” sosial şəbəkəsinin fəaliyyətində problemlər yaranıb.

Nasazlıq Azərbaycan da daxil olmaqla dünyanın bir sıra ölkələrində qeydə alınıb.

İstifadəçilərin bəziləri ümumiyyətlə sayta daxil ola bilməməkdən şikayətlənib, digərləri isə paylaşım edə bilmədiklərini və paylaşımları görmədiklərini qeyd ediblər.

Şirkətdən hələ ki bununla bağlı açıqlama verilməyib.