Xaçmazda 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

959a4647165717619727855269910414922.jpg

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Pirquluoba kəndində qeydə alınıb.

Kənd sakini,1985-ci il təvəllüdlü Bayev Şahsəddin Güləddin oğlu öz həyətində elektrik xətti dirəyində işləyərkən cərayan vurub.

O hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.