Fövqəladə Hallar Nazirliyi Xaçmaz şəhərində peşə məktəbinin yataqxanasında baş verən yanğın barədə məlumat yayıb.
FHN-in mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, 112 qaynar xəttinə Xaçmaz şəhərində 92 nömrəli peşə məktəbinin yataqxanasının zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub. FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.





