“Xalq Bank” ASC-nin bu ilin ikinci rübündə regionlar üzrə ayırdığı kreditlərin həcmi açıqlanıb.
Redaksiya bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
İkinci rübdə “Xalq Bank”ın verdiyi kreditlərin ümumi həcmi 1 milyard 776 milyon 755 min 680 manat təşkil edib. Bunun 1 milyard 558 milyon 36 min 580 manatlıq hissəsi Bakının payına düşüb.
Hesabat dövründə “Xalq Bank”ın ən az kredit verdiyi regionlar Qusar (5 milyon 130 min 300 manat), Şəmkir (5 milyon 102 min manat), Siyəzən (4 milyon 779 min 300 manat), Cəlilabad (4 milyon 428 min 700 manat) və Neftçala (3 milyon 721 min 200 manat) olub.
3 ayda ən çox kredit isə, Sumqayıt şəhəri (39 milyon 348 min 700 manat), Gəncə şəhəri (26 milyon 150 min 700 manat), Zaqatala (14 milyon 729 min 500 manat), Quba (14 milyon 18 min 100 manat) və Yevlax (12 milyon 126 min 200 manat) regionlarına ayrılıb.



