Xan Şuşinskinin sonuncu tələbəsi vəfat etdi

62623244d321962623244d321a165060256462623244d321562623244d3217.jpg

Azərbaycanlı xanəndə, bəstəkar Oqtay Hacıyev vəfat edib.

Bu barədə mərhumun sənət dostu Sabir Abdullayev məlumat verib.
Oqtay Hacıyev 1951-ci ildə Şəmkir rayonunda anadan olub. O, Azərbaycan Televiziyasının Xalq Çalğı Alətləri Orkestrinin solisti, Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına xorunun ali dərəcəli tenor ifaçısı və solisti olub.

Mərhum sənətkar məşhur “Neyçün bəs?” mahnısınin müəllifi və Xan Şuşinskinin sonuncu tələbəsi idi.