Xankəndi, Əsgəran, Ağdərə və Xocalıda seçki məntəqələri yaradılıb

35db30e3 A0e7 33f2 88a0 Cb7bb8d7f9d8 850.jpg

“Bir zamanlar separatçıların fəaliyyət göstərdiyi binada seçki məntəqəsi yaratmışıq. İşğal illərində həmin yerlərdə separatçı rejim bölücülük fəaliyyəti ilə məşğul idi”.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib.
“Xankəndi, Xocalı, Ağdərə və Əsgəranda ayrıca məntəqələr yaratmışıq, mediadan bu əraziləri diqqətdə saxlamağı xahiş edirik. Orada gedən prosesləri, düşünürəm ki, indidən ictimaiyyətin diqqətinə çatdırmaq lazımdır. Beynəlxalq ictimaiyyət görməlidir ki, əslində, yerində olan vəziyyət çox fərqlidir”, – MSK sədri qeyd edib.