“Xarıbülbül” festivalı başa çatdı

1683806911 645cd9837e104645cd9837e1051683806595645cd9837e102645cd9837e103.jpg

Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Bu gün festivalın sonuncu günü olub.

Belə ki, son gün maraqlı təqdimatlarla yadda qalıb. Şuşanın müxtəlif məkanlarını əhatə edən tədbirlər zamanı “Natiq Ritm” qrupunun, Ənvər Sadıqov və “Qaytağı” instrumental ansamblının çıxışları dinlənilib.

Qeyd edək ki, mayın 9-dan başlayan festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.