Xarkovun atəşə tutulması nəticəsində 10 nəfər həlak olub

92bbd31f16496277748314523381066924.jpg

Ötən sutka ərzində Xarkov vilayətinin atəşə tutulması nəticəsində 10 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bunu Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleh Sinehubov “Telegram”da yazıb.

“Rusiya yenidən dinc əhaliyə hücum edir. Rusiya qoşunları gün ərzində Balakliya və Pisoçin mülki infrastrukturunu atəşə tutub, Zoloçiv və Derhaçini güclü atəşə tutub. Təəssüf ki, ölən və yaralanan dinc sakinlər var”, – deyə O.Sinehubov qeyd edib.

O əlavə edib ki, İzium şəhəri ən qaynar nöqtə olaraq qalır. Ukrayna ordusu böyük qüvvələrin Luqansk və Donetsk vilayətlərinə yeridilməsinə imkan vermir, mövqeləri saxlayır: “Silahlı Qüvvələrimiz Xarkovun müdafiəsini möhkəm saxlayır. Biz vəziyyətə tam nəzarət edirik. Regiondakı Lozova və Barvinkove sakinlərini təxliyə edirik”.