Azərbaycanın güclü idman dövləti olmasını artıq dünya qəbul edir. Dövlət səviyyəsində idmana verilən böyük önəm və idman siyasətinin yüksək səviyyədə qurulması bir daha özünü idmançılarımızın son illər ərzində beynəlxalq səviyyəli yarışlarda qazandıqları nailiyyətlərdə təsdiq edir. Xüsusilə ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq müstəqil Aərbaycanda idmanın inkişafı üçün genişmiqyaslı işlər görülməyə start verilmiş, yeni idman infrastrukturları yaradılmış, idmançılara və məşqçilərə hərtərəfli dəstək göstərilməyə başlanılmşdır. XXXIII Paris Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının əldə etdiyi uğurlar da bu istiqamətdə aparılan işlərin nə dərəcədə səmərəli olduğunu bir daha təsdiqləyir. Bu oyunlarda Azərbaycanı təmsil edən idmançılar, müxtəlif idman növlərində yüksək nəticələr göstərərək, ölkəmizi layiqincə təmsil etmiş, medallar qazanmışlar. Onların uğurları, yalnız özlərinin deyil, bütövlükdə ölkənin idman potensialının göstəricisidir. Bu uğurlar, həmçinin Azərbaycanın beynəlxalq idman arenalarında güclü mövqeyə malik olduğunu, ölkəmizin idman siyasətinin effektivliyini və idmançıların dünya səviyyəsində rəqabət apara bildiyini göstərən vacib faltordur. Bu günlərdə Paris Olimpiyadasında uğurlu nəticələr qazanan idmançılarımızı və onların məşqçilərini qəbul edən Dövlət başçımız cənab İlham Əliyev ölkəmizin adını ləyaqətlə təmsil edən edən hər bir şəxsə öz təbrik və təşəkkürünü çatdırdı. Möhtərəm prezidentimiz qazanılan hər bir medalı idmançılarımızın əzmkarlığının, peşəkarlığının və qələbəyə olan sarsılmaz iradəsinin nəticəsi kimi dəyərləndirdi. Hazırda ölkəmizin güclü idman dövləti olaraq tanınması, həm də gənc nəslin idmana olan marağının artırılmasına, sağlam həyat tərzinin təbliği və idmanın cəmiyyətdə əhəmiyyətli yer tutmasına zəmin yaradır. Bütün sadalanan amillər son nəticədə ölkə gəncliyinin sağlam, vətənpərvər ruhda yetişməsinə xidmət edir.
Kənan Xəlilov;
Neftçala rayon gənci, idmançı





