“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusu bu gün dünyanı narahat edən məsələdir

1721480194587760785 1200x630.jpg

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qalib ordumuz tərəfindən mənfur düşmən tapdağından azad edilən Şuşa bu gün tək regionun deyil, sözün əsl mənasında bütövlükdə Türk-İslam dünyasının mədəni, siyasi Artıq ikinci ildir ki, Şuşa yenidən dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirir. Belə ki, iyul ayının 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi baş tutdu. Forumun açılış mərasimində iştirak edən, Şuşa Zəfərinin memarı cənb İlham Əliyev həm nitqində, həm də verilən suallar zamanı səsləndirdiyi fikirlərdə beynəlxalq ictimaiyyətə mühüm mesajlar verdi. Dövlətimizin başçısı müxtəlf ölkələrin media nümayəndələrinin suallarını cavablandırarkən yüksək səviyyədə analitik, diplomatik keyfiyyətlərini, natiqlik və kommunikativlik potensialı nümayiş etdirdi. Dövlət başçımızın açıqlamaları mühüm çağırışlar və mesajlarla yadda qaldı. Şuşada Beynəlxalq Media Forumunun keçirilməsi dünyanın sürətlə inkişaf edən ölkələri sırasında yeri olan Azərbaycanın uğurlarının dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb etdi. Cənab Prezident nitqində bu forumun artıq bir ənənəyə çevrildiyini qeyd etdi: “Deyərdim ki, mən ötən forumdan bəri regionda və ölkədə baş verən hadisələrlə bağlı geniş danışmağa başlasam, bizim vaxtımız qalmaz. Bu, təkcə media sahəsində deyil, ümumiyyətlə, ölkədə və regionda baş verən hadisələrdir. Cənubi Qafqaz regionuna gəldikdə deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, – bu, ötən ilin sentyabrında baş verdi- ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu”. Azərbaycan həqiqətlərinin məhz Qarabağın tacı Şuşadan beynəlxalq ictimaiyyətə çatdırılması özündə mühüm məqamları ehtiva edir. 30 il torpaq həsrəti ilə yaşayan və heç zaman ümidini itiməyən xalqımız bu gün azad Şuşamızın diplomatik mərkəzə çevrilərək həqiqətlərimizin təbliğinə şahidlik etməsindən qürurludur. Ölkə başçımız cənab İlham Əliyevin elə bir çıxşı yoxdur ki, 30 illik işğal və 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqlarından, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin bütün ərazilərimizdə tam bərpa edilməsindən bəhs etməsin. Çıxışında torpaqlarımızın azad edilməsi üçün Ermənistan liderləri ilə keçirdiyi görüşlərdən bəhs edən dövlətimizin başçısı bildirdi ki, əvvəlki iki prezident Azərbaycana qarşı, xüsusilə də Xocalıdakı soyqırımını törədənlərdən idi. “Mənim üçün bu, xoşagəlməz hal idi ki, onlarla məcburi əl sıxışırdım. Ancaq mən bunu sülh və ərazilərimizin azad edilməsi naminə edirdim. Prezident olaraq mən bütün şəxsi hisslərimi, emosiyalarımı kənara qoymalı idim. Yəni, bu vəzifəni daşıyırsansa, emosiyalarını kənara qoyacaqsan. Həmin görüşlər ərazilərimizi bərpa etməyə bizə kömək etdimi?! Məncə, bəli, onların xeyri oldu”. Cənab Prezident Forumdakı çıxışında toxunduğu əsas məqamlardan biri də regionda və Azərbaycanda baş verən hadisələr 30 il davam edən işğal dönəmində və postmüharibə dövründə heç də həmişə obyektiv şəkildə işıqlandırılmaması idi. Forumda dövlət başçımızın diqqət göstərdiyi mövzulardan biri də hazırki dövrün çağırışları sırasında xüsusi yer alan türk dünyasının birliyinin gücləndirilməsi məsələsi ilə bağlı idi. Forumda eyni zamanda tədbir iştirakçılarına COP29 ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyəsində iqlim dəyişikliyinin təsirlər ilə aparılan mübarizə, ölkəmizin enerji sektorunda qazandığı uğurlar, yeni əməkdaşlıq formatları yaradılması üçün mövcud imkanlar, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində nümayiş edilən dayanıqlı yanaşma barədə və digər vacib istiqamətdə mövzular barədə məlumatlar diqqətə çatdırıldı. Göründüyü kimi, keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirir.

Aqşin Hüseynli;
Neftçala rayonu