Yanvar ayının pensiyaları bu tarixdə VERİLƏCƏK

08f38e04159773343458632913910303274.jpg

Respublika üzrə pensiyaların ödənilməsi yanvar ayının 17-si tarixinə nəzərdə tutulub.

Bu barəd  Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Qeyd edək ki, ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği də bu ilin əvvəlindən onların pensiyalarına əlavə edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödənilir.