Yanvarda 296 əkiz, 30 üçəm doğulub

1679041932 1660290147 mqp101.jpeg

Cari ilin yanvar ayında Azərbaycanda 296 əkiz, 30 üçəm doğulub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən ay Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 9 935 doğulan körpəni qeydə alıb. Ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən doğulanların sayı 11,9-dən 11,5-yə dəyişib.