Yaponiya ABŞ-la birgə təlimlərə başlayıb

8b6a80c3166169868260324566810127574.jpg

Yaponiyanın cənub-qərbində yerləşən Kumamoto prefekturasında ABŞ Hərbi Hava Qüvvələri ilə birgə atəş təlimləri başlayıb.

Avtor.az xəbər verir ki, iki mindən çox insanın iştirak etdiyi təlimlər çərçivəsində “Javelin” tank əleyhinə raket komplekslərinin köməyi ilə hədəflərin vurulması aparılır.

Qeyd olunur ki, bu komplekslərdən ABŞ Hərbi Hava Qüvvələrinin Yaponiyadakı təlimləri zamanı ilk dəfə istifadə olunur.

Manevrlər sentyabrın 3-dək davam edəcək.