Yaponiya Rusiyanın 2, Belarusun 1 bankına sanksiya tətbiq edib

430a277416397155626558558871057786.jpg

Yaponiya Rusiyanın 2, Belarusun 1 bankını sanksiyalar siyahısına daxil edib.

Avtor.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlanmış siyahıya əsasən, söhbət Rusiyanın “Rosselxozbank” və Moskva Kredit Bankı, həmçinin Belarusun Belarus İnkişaf və Yenidənqurma Bankından (Belinvestbank) gedir.

Sözügedən bankların aktivlərinin dondurulduğu bildirilir.

Xatırladaq ki, aprel ayında Yaponiya Rusiyanın “Alfa-bank” və “Sberbank” banklarına qarşı sanksiyalar tətbiq etmişdi.