Yaponiya Rusiyanın Uzaq Şərqdəki hərbi aktivliyindən narahatdır

10c72a9d165846376299257796510401697.jpg

Yaponiya Rusiyanın Kuril adalarında silahlarının sayını artmasından narahatdır.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin illik hesabatında – “Ağ kitab”da deyilir.

“Rusiya Silahlı Qüvvələrinin Yaponiya ətrafında hərbi aktivliyində artım, eləcə də Uzaq Şərqdə ən son növ silahların yerləşdirilməsinə davam etmək tendensiyası var. Bu tendensiyaları yüksək narahatlıqla izləmək lazımdır”, – sənəddə vurğulanır.

Hesabatda Rusiya-Çin birgə təlimləri, xüsusən Yaponiyanın ərazi sərhədinə bitişik rayonlarda patrul aparılması qeyd olunur.

Sənəddə həmçinin “Bastion” sahil raket sistemlərinin yerləşdirilməsi və Oxot dənizində təlimlərin keçirilməsini göstərilir.