Yaponiyanın Honşu adasının bir neçə ərazisi üzərində meteorit uçub.
Bu barədə “NHK” televiziya kanalı xəbər verib.
Hadisə şahidlərinin sözlərinə görə, səmada “atəş topu” uçub, ondan sonra partlayışa bənzər səs gəlib. Meteorit parçalarının yerə çata biləcəyi güman edilir.

