Yaponiya Şimali Koreyaya etirazını bildirib

29405e2a165345241549558035410182959.jpg

Yaponiya növbəti raket buraxılışları ilə bağlı Şimali Koreyaya etirazını bildirib və ABŞ Prezidentinin Tokioda QUAD liderlərinin sammitində iştirakından sonra atılan bu addımı birbaşa təxribat adlandırıb.

Bu barədə Yaponiyanın müdafiə naziri Nabuo Kişi jurnalistlərə bəyan edib.

“Bu, Şimali Koreya tərəfindən açıq təxribatdır və qətiyyən qəbuledilməzdir. Buna görə biz diplomatik kanallar vasitəsilə etirazımızı bildirmişik”, – deyə nazir bildirib.

N.Kişi əlavə edib ki, buraxılan 3 ballistik raketdən biri təqribən 300 və digəri isə 750 kilometr məsafə qət edərək, Yapon dənizinin şərqində suya düşüb. Raketlər Yaponiyanın məxsusi iqtisadi zonasına çatmayıb. Sınaqlar nəticəsində gəmilərə zərər dəyməsi barədə məlumat daxil olmayıb. Nazir üçüncü raketlə bağlı hələlik məlumatların toplandığını da qeyd edib.