Yaponiyada “Novax”ın istifadəsinə icazə verilib

477bdb5516503431683585869431040266.jpg

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi ABŞ-ın “Novavax” şirkəti tərəfindən yeni koronavirusa qarşı peyvəndin 18 yaşdan yuxarı ölkə sakinləri üçün istifadəsini rəsmən icazə verilib.

Bu barədə Nazirlikdən bildiriblər.

Aprelin 18-də nazirlikdəki ekspert şurası dərmana müsbət tövsiyələr verib. “Novavax” peyvəndi ilə vaksinasiya üç həftə ara ilə iki inyeksiyasından ibarətdir. “Buster” (gücləndirici) dozanın vurulmasına da icazə verilib.