Məşhur döyüş ustalarından biri – əfsanəvi İp Manın tələbəsi, “Yaşayan Əfsanə” tituluna sahib Böyük Usta Samuel Kvoku yenidən Bakıya gələcək.
Redaksiya xəbər verior ki, bu barədə AZƏRTAC-a Azərbaycan Vinq Çun Federasiyasının və Çin Döyüş Növləri Assosiasiyasının prezidenti Arif Sayadov məlumat verib. O, Samuel Kvokunun paytaxtda təxminən 5-6 ölkənin iştirakı ilə təşkil olunacaq beynəlxalq seminara qatılacağını bildirib.
Seminarın may-iyun aylarında keçirilməsi planlaşdırılır.




